Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Ağdamlı

Həyatı
1974-cü il iyul ayının 13-də Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Orta təhsilini Şıxbabalı məktəbində almışdır. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, ixtisasca rejissordur. Hələ orta məktəb illərindən Şer yazmaq həvəsində olmuşdur. Şerləri mütəmadi olaraq mətbuatda çap olunub. 2003-cü ildə gənclər arasında keçirilən şeir müsabiqəsinin lauriatı olmuşdur. 2005-ci ildə “Haqqın səsi” adlı şerlər kitabı çap olunub. Müxtəlif vaxtlarda jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 2006-2009-cu illərdə “Dünyaya Qarabağ Harayı” adlı Beynəlxalq jurnalda bədii yaradıcılıq şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. 2010-cu ildə “Space” telekanalı və “Xoş gün” prodakşının birgə layihəsi olan “Bir söz de” televiziya yarışmasının iştirakçısı olmuşdur. Xüsusi qabiliyyətləri: Şirin səsi,xoş avazı,güclü təqlid etmək bacarıqları vardır. Hal-hazırda jurnalist və aparıcılıq peşələri ilə məşğuldur. Ailəlidir, 2 qızı var Telefon: (050) 516-43-14.


Tarix: 23.01.2015 / 17:55 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycanın müharibələri‎
loading...