beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdar Mehdiyev

Həyatı
Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur.

Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir.

Jurnalistlik fəaliyyəti
Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir.

Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur.


Tarix: 23.01.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎