Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədsadıq Quliyev

Həyatı
1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur[1]. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

1974 - 1982-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin su ehtiyatlarının mühafizəsi, istifadəsi, uçotu şöbəsində mühəndis, suvarma sistemləri idarəsində böyük mühəndis, «Azərbaşmeliosutikinti»nin Tikilməkdə olan Meliorativ Obyektlərin Müdiriyyətində baş mütəxəssis, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin köməkçisi, Əməyin təşkili, əmək haqqı və kadrlar şöbəsində rəis əvəzi, Su anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində işləmişdir.

1982 - 1989-cu illərdə Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsində su təsərrüfatı və kənd tikinti şöbəsində təlimatçı işləmişdir.

1989 - 1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

1998 - 2006-cı illərdə Dünya Bankının krediti ilə həyata keçirilən Azərbaycanda Suvarma- Drenaj İnfrastrukturunun bərpası və yenidənqurulması layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri olmuşdur.

2006-cı ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavinidir.

Mükafatları
Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Ailəsi
Ailəlidir, iki övladı var.


Tarix: 23.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanın müharibələri‎
loading...