Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

258 nömrəli PDM-in ekipajı

Təqdimatı
Film Nəcəf Nəcəfov Fondunun dəstəyi ilə çəkilmişdir. Həmçinin, filmin çəkilişinə bir sıra Qarabağ qaziləri, Neftçala Rayon İcra Hakimiyyəti və Ağdam rayonu Qarabağ Veteranlar Şurası yardım göstərmişdir.

Sənədli filminin təqdimatı 16 oktyabr 2014-cü ildə Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.
Məzmunu
Film döyüş maşınının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir.

Film müəllifləri sənədlər, şahidlərin, hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.

Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək, bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.


Tarix: 26.01.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri‎
loading...