beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlil Qasımov

Həyatı
Cəlil 1958-ci il fevralın 23-də Quzanlı kəndində anadan olub. 1975-ci ildə kənd orta məktəbini bitirib, bir il kolxozda çalışıb. 1976-cı ildə sovet ordusuna çağrılan Cəlil üçillik hərbi xidmətini Belarusiyada başa vurub doğulduğu kəndə qayıdır, kənddə bir il işləyəndən sonra Bakıya gedib Xəzər dəniz gəmiçiliyi məktəbinə daxil olur. Bakıda oxuduğu müddətdə ailə qurur.Təhsilini başa vurub komsomol putyovkası ilə Amura gedir,orada bir neçə li tikinti işlərində çalışır.

1992-ci ilin yayinda ata-anasına baş çəkmək üçün bir neçə günlüyə doğulduğu kəndə gələn Cəlil cəbhədəki vəziyyətlə yaxından tanış olub iyunun 12-də heç bir tərəddüdsüz, könüllü olaraq milli orduya yazılır.Həmin vaxt qardaşı Şükür də çəbhədə döyüşürdü.

Cəlil Şirin Mirzəyevin adına hərbi hissədə qulluq edirdi. İlk döyüşü Sırxavənddə olub. İyunun 14-də başlanan hücumda Cəlil düşmənin iki əsgərini məhv edir. Onun çevikliyini görən komandanlıq Cəlili batalyonun kəşfiyyat vzvoduna keçirir. Qazançıda aparılan növbəti əməliyyatda kəşfiyyat komandiri və Cəlil kəşfiyyata başçılıq edirdilər,gecə düşmənin basdırdığı minalara rast gəlib onları zərərsizləşdirirlər.Cəlil tək başına 28 mina zərərsizləşdirir.Səhər bataliyon hücuma keçir,Cəlil düşmənə gələn əlavə qüvvənin qarşısını alır,5-6 erməni quldurunu məhv edir.

Növbəti kəşfiyyat zamanı düşmən mərmisi vzvod komandiri Əmir Əliyevin və Fikrət Mehtiyevin ayağını aparır.Cəlil və üç nəfər başqa kəşfiyyatçılar onları beş- altı kilometr kürəklərində gətirib arxaya çatdırırlar. Əmir Əliyev xəstəxanada həlak olur,həmin gündən kəşfiyyat vzvoduna Cəlil rəhbərlik edir. Xocəvəndin,Əsgəranın Ağdamla həmsərhəd kəndlərinə kəşfiyyata gedir,düşmənə çoxlu zərbələr vurur. Əsgəranın Avdur kəndindəki iki topun yerini dəqiq öyrənib məhv etdirir.

Avqustun 20-də bataliyon yenə Ağdərə istiqamətində hüçuma keçir.Cəlil kəşfiyyatçi kimi Qalayçılar, Manikli, Xatınbəyli,Mehmanə,Canyataq,Gülyataq,Baş və orta Güneypəyə kəndlərinin azad olunmasında böyük xidmətlər göstərir, xatınbəylidə düşmənin bir uzaq vuran topunu ələ keçirir.

1992-ci il sentiyabrın 2-də Cəlil son dəfə Sırxavəndə kəşfiyyata gedəndə vzvod qəfildən mühasirəyə düşür. Cəlilin səyi ilə 6 nəfərlik vzvodu mühasirədən çıxarır. Düşmən hücumu güçləndirir və Cəlil təkbaşına vuruşda igidcəsinə həlak olur. Quzanlı qəsəbə qəbirstanlığinda dəfn olunub.

Özündən sonra Cəlilin iki övladı qalıb.


Tarix: 23.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Azərbaycanın müharibələri‎