beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çıldıran (Kəlbəcər)

Tarixi
Çıldıran Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, Şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "Şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır[1].

Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çıldıran kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Tarix: 26.01.2015 / 17:26 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycanın müharibələri‎