Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Bağırov

Eldar Bağırov — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991).

Eldar Bağırov 1951-ci ildə Ağdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.

Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1991-ci il oktyabrın 4-də yaradılmış 745 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Ailəli idi, 2 qız övladı var.


Tarix: 23.01.2015 / 16:47 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycanın müharibələri‎
loading...