Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarvan Şamiloğlu

Həyatı
Sarvan Şamiloğlu 18 sentyabr 1955-ci ildə Ağdamda anadan olmuşdur. Ağdam şəhər 2 saylı orta məktəbdə oxumuş, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti)ali təhsil almışdır.

Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki peşə məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləmişdir. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçmişdir.

Sarvan Şamiloğlu 1992 ildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görülmüşdür.

Sarvan Şamiloğlu 17 iyul 2014-cü Bakıda faciəli şəkildə həlak olmuşdur.


Tarix: 23.01.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanın müharibələri‎
loading...