beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələsgər Məmmədli

Həyatı
Ələsgər Məmmədli 1968-ci ilin may ayının 24-də Ağdam rayonunun Quzanlı kəndində müəllim ailəsində anadan olub.

1985-ci ildə Ağdam rayonu Quzanlı kənd orta məkdəbini, 1996-cı ildə Türkiyə Cümhuriyyətində İstanbul Universitetinin hüquq fakültəsini bitirib və İstanbulda vəkillik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsü Kamu Yönetimi bölümündə magistraturanı bitirib və hüquq və idarəetmə üzrə ekspert ixtisası əldə edib alıb. İstanbul Barosunda (Vəkillər Kollegiyasında) vəkillik ixtisası üzrə bir illik xüsusi təlim keçib.

ABŞ-ın İnternyus və İREX təşkilatlarında hüquqşünas kimi fəaliyyət göstərib. http://www.irex.org/person/ala ... madli Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, broşür müəllifidir. Çoxsaylı elmi məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır.{https://www.youtube.com/watch?v=2a1I3YFMm7w&list=UUR2u1jY0__6-dFZfv7VYvKg}, https://www.youtube.com/watch? ... VYvKg}, https://www.youtube.com/watch? ... C9J2w, https://www.youtube.com/watch? ... 1OTyU, https://www.youtube.com/watch? ... P1CjI, https://www.youtube.com/watch? ... AsPjk, https://www.youtube.com/watch? ... tIZMU

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyir.


Tarix: 23.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎