beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İxtiyar Qasımov

Həyatı
22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.

Döyüşlərdə iştirakı
İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Salahlı kənd qəbristanlığında dəfn edilib.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.


Tarix: 23.01.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanın müharibələri‎