beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azad Abbasov

Həyatı
1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində doğulub.
Azad uşaq yaşlarından əfsanəvi partizan Mehdi Hüseynzadəni çox sevirdi. O, cəsurluğu, mərdliyi, el-oba uğrunda canını fəda edənləri unuda bilmirdi. Bu, onun iç dünyasından, qan yaddaşından gəlirdi.
Təsadüfi deyildir ki, o da Azərbaycan ordusu sıralarına könüllü getmişdi. Goranboydakı birinci batalyonda xidmət edirdi.
Azad Şaumyankənd uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdi. O döyüşdən-döyüşə atıldıqca daha cəsarətli, daha cəsur olduğunu göstərdi.
Azad 1992-ci ilin yayında Sərsəng su anbarı ətrafında gedən döyüşdə qəhrəmancasına həlak oldu.


Tarix: 24.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Azərbaycanın müharibələri‎