Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rza Quliyev

Həyatı
Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.

Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Bakı şəhərində adına küçə var.


Tarix: 23.01.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎
loading...