beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səyavuş Həsənov - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Səyavuş Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki güclü atəş səsləri eşidildi erməni tankı lap yaxında idi Səyavuş qumbaraatanla tankı vurur və ermənilərin tankını döyüş meydanında alov bürüyür, döyüşün gedişində onun silahı və mərmisi tükənir döyüşün qızğın bir vaxtında silahsız qalan Səyavuş qəfildən yerə sərilir vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağın səmasına baxdı.

Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.

Ailəsi
Ailəli idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 24.01.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycanın müharibələri‎