beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüsrət Şirəliyev

Həyatı
Nüsrət Əlican oğlu Şirəliyev 1963-cü il aprelin 1-də Qazıməmməd şəhərində anadan olub. BDU-nun Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Əli Bayramlıda Cihazqayırma zavodunda laboratoriya müdiri işləyib. Sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib işləyib. 1992-ci ildən Milli Ordu sıralarına könüllü olaraq gedib.Baş leytenant Nüsrət Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüblər. Nüsrət sinəsindən snaper yarası alsa da özünü itirmir əskərləri xəbərə göndərib özü tək dümənlə vuruşur.240 patronun hamısını düşmənlərə tərəf atır.O yaralı vəziyyətdə düşmənin əlinə keçib.Onu işgəncə ilə qətlə yetirərək dörd tərəfini minalamışdılar.


Tarix: 24.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanın müharibələri‎