beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natiq Cavadov

Natiq Hacı oğlu Cavadov — Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü.

Həyatı
Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur.

1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.

Əmək fəaliyyətinə 1974-cü ildə Bakı Tunel Tikinti İdarəsində fəhlə kimi başlamışdır.

1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur.

1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləmişdir. 2003-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktorudur.

18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.


Tarix: 23.01.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanın müharibələri‎