beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıl Cəbrayılov

Həyatı
Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra sadə dülgər peşəsinə yiyələnmişdir. Daim qurub yaratmaq arzusu, həvəsi ile yaşamışdır.

Qarabağda "Qurd Cəbrayıl" kimi ad alib san qazanmiş ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşcü Yaqub Rzayevin komandir olduğu 863№ li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb .O,ilk gündən bölük komandiri təyin olunub.

Hələ 1992-ci ilin yanvarında Xramort kəndi uğrunda gedən döyüşlərdə qazandığı igidliyi, qorxmazliığı, döyüş bacarığı ilə seçilən Cəbrayılın hərbiçi biliyi ona o faciəli keçdi. Xocalıda soyqırım törədilən gün az kömək etməmişdi. Məhs buna görə o, ermənilərlə qəhrəmancasına döyüşərək neçə-neçə soydaşımızı düşmən caynağından xilas etmişdi.

1992-ci ilin 31 yanvarında Xramort kəndinin erməni silahli dəstələrindən təmizlənməsində qəhramanliq köstərmiş mərdliklə döyüşmüdür. Xocal qırğını zaman Cəbrayıl Qaraqaya adlanan yerdə təkbaşına ermənilərlə vuruşaraq 3 nəfər qadını və 2 azyaşlı uşağı onların caynağından xilas etmişdir. 1992-ci il martın 6- da Cəbrayıl Əsgaran postunda 8 ermeni quldurunu məhv edərək onlara məxsus bir ədəd qumbaraatanı hərbi hissəyə gətirib təhvil vermişdir.

1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv etmiş, düşmənin bir topunu hərbi qənimət kimi ələ keçirmişdir. 1992- ci ilin 12 iyunda isə Cəbrayıl Əsgaran ərazisinə girərək ermənilərin 1 közətçi məntəqəsini və 1 tankını məhv etmişdir. 1992- ci ilin 18 avqustda Gülyataq ve Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onlara məxsus dörd dörd avtomat silahi ələ keçirmişdir. Həmin döyüşdə göstərdiyi igidliyə görə 10 min rubl mukafat almışdır.

Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına getmişdir. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası almış və hospitala yerləşdirilmişdir. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıtmış və 1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda döyüşlərə qatılmışdır. lakin bu döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olmuşdur. O, başında aldığı güllə yarasından şəhid olmuşdur.

Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxudu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilmişdir.Məzarı Qiyaslı kənd qəbirsanlığındadır

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Ailəli idi, oğlu Vüsal, Samir və qızı Samirə onun yadigarlarıdı.


Tarix: 23.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanın müharibələri‎