beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşədi İsi

Həyat və yaradıcılığı
Ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alıb. Məşədi Isi məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”nin ən fəal üzvlərindən olub. Məşədi Isi klassik Şərq, xüsusən Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd idi. O öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc xanəndələrinə öyrədər, onlarda sənətə dərin məhəbbət hissi oyadardı. Məşədi Isi muğamatı yüksək dərəcədə mənimsəyən ustad xanəndə kimi tanınmışdı. O, “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Məşədi İsi oxuduğu muğam və mahnıların sözlərini aydın, səlis diksiya ilə dinləyiciyə çatdırardı. O, Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin və Sədinin əsərlərini ilhamla oxuyar, öz dinləyicilərini valeh edərdi. Cəlilbəy Bağdadbəyovun yazdığına görə, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Cabbar Qaryağdı oğlu Məşədi İsinin xanəndəlik qabiliyyətinə yüksək qiymət verərək yazmışdı:

«...Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi «Mahur» dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanalıqda və qaval çalmaqda birinci sayılırdı»

Məşədi İsi təkcə Qarabağda deyil, Azərbaycanın bir çox şəhərlərində - Gəncədə, Ağdaşda, şamaxı və Bakıda dəfələrlə toy məclislərinə, şənliklərinə dəvət edilmişdi. Məşədi İsi Şamaxılı Mahmud ağanın məclislərində aylarla oxumuş və İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmışdı. ġah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanan MəŞədi İsi «Şiri-Xurşid» ordeni ilə təltif olunmuşdu.


Tarix: 24.01.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri‎