beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahir Abdullayev

Həyatı
Mahir Abdullayev 1971-ci ıl mayın 24-də Quzanlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini bitirib, bir müddət kolxozda çalışıb. Mahir ikiillik hərbi xidmətini Rusiyanın Sverdlovski vilayətində başa vurub.

Azərbaycan milli ordusuna 1992-in ci ilin 4 iyulunda, cəbhədə döyüşlər qızğın çağında çağrılıb. Onun döyüş yolu Ağdam və Ağdərə bölgələrinin bir sıra məntəqələrindən o cümlədən, Fərrux, Canyataq, Gülyataq yüksəkliklərindən keçib. Fərrux istiqamətindəki döyüşlərdən birində tərkibində Mahirində vuruşduğu bölük mühasirəyə düşür və yalnız iki gündən sonra düşmənin halqasını yarıb çıxa bilirlər. Bu döyüşdə əsgərlərimizdən iki nəfər şəhid olur.

Mahirin son döyüşü 1992-ci ilin sentyabrın 2-də Sırxavənddə olub. Bu döyüşdə Mahir iki erməni quldurunu məhv edir, özü isə boğazından yaralanır. Komandirin təkidinə baxmayaraq yaralı- yaralı yenidən döyüşə girir və bu dəfə snayperdən açılan atəş nəticəsində həlak olur.


Tarix: 23.01.2015 / 17:34 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycanın müharibələri‎