beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirin Mirzəyev - Döyüş yolu

Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olurdu. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırıldı.

Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabının müəllifi, hərbi jurnalist İbrahim İbadoğludur.

Mükafatları
Azərbaycanın Milli Qəhrəmanıdır. Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.


Tarix: 24.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanın müharibələri‎