beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müttəfiqlər haradan peyda oldu

Sovet xüsusi təyinatlıları Hitlerin bunkerində döyüş apardıqları vaxt müttəfiq kəşfiyyatı bunkeri ələ keçirmək üçün xüsusi əməliyyata başlayır. Lakin bu, gecikmiş əməliyyat olur. Amerikan və ingilis xüsusi təyinatlıları bir alman zabitinin bələdçiliyi ilə bunkerə daxil olduqda artıq sovet xüsusi təyinatlıları 6 otaqlı və 4 zallı bunkeri cəmi 4 otağı istisna olunmaqla demək olar ki zəbt etmişdi. Ayrılıqda fəaliyyət göstərən müttəfiqlərin dəstələri isə mayın 4-də bir zalda üz-üzə gəlir və bu atışmada hər iki tərəf ağır itkilər verir. Lakin sovet qüvvələri üstünlük qazanaraq, bir ingilis zabitini əsir götürdükdən sonra vəziyyət aydın olur: "Mən o döyüşdə iki yerdən yüngül yaralandım. Biz müttəfiqlərin zəbt etdiyi zallara daxil olanda orada güllə izləri və partlayış nişanələri istisna olunmaqla nə ingilislərin öldürdükləri almanların meyitlərinə, nə də digər əşyalara rast gəlmədik. Müttəfiqlərimiz bütün sənədləri və avadanlıqları bizim kimi oradan çıxarmışdılar. Orada nə baş verdiyini bu günə qədər anlaya bilmirəm. Bu bölmədə dəmir və arasına qum doldurulmuş qapılı iki yataq otağı və iş kabineti vardı. Həmin otaqları ingilislərdən və bizimkilərdən təşkil olunmuş bir qrupun mühafizəsinə verdilər. Otaqlarda nə vardı, bilmirəm. Amma sonrakı günlərdə amerikanlar, ingilislər və bizim zabitlər o otaqlarda xeyli araşdırmalar apardılar. Maraqlısı odur ki həmin mühafizə qrupunun əsgərləri araşdırmalar başa çatandan sonra elə bunkerdəcə kimlərinsə tərəfindən öldürülmüşdülər".

və sonra
Müharibə başa çatandan sonra, A.Hüseynov 1945-ci ilin noyabr ayında ordudan tərxis olunub. Artıq bu zaman o, 9 orden və medalla, Beriya və Stalindən üst-üstə 7 təşəkkürlə təltif olunmuşdu. Öncə ona DTK sıralarında qalıb işləmək təklif olunsa da, qardaşının müharibədə həlak olması, atasının dünyasını dəyişməsi, kənddə anası və bacısının tənha qalması səbəbindən Azərbaycana qayıdır. Bu zaman ona xidmət dövründə, xüsusilə də "Bunker əməliyyatı" ilə bağlı hadisələri heç bir yerdə danışmamaq barədə öhdəçiliyə imza atdırılır. Azərbaycana qayıtdıqdan bir il sonra ali təhsilini davam etdirib. Hüquq-mühafizə orqanlarında və partiya strukturlarında çalışıb.


Tarix: 23.01.2015 / 15:49 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanın müharibələri‎