Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Altay Əliyev

Həyatı
Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Beynəlxalq münasibətlər" fakultəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb. Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb.

Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Altay Əliyev bir sıra tarixi oyunların, o cümlədən Neftçi Bakı klubunun 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litvanın Kaunas klubunu 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, Qarabağ Ağdam klubunu 2009-cu ildə Avropa Liqasında Rusenborq və Honka üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib.

Ailəlidir, Türkay adında 1 qızı var.


Tarix: 22.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎
loading...