Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxan Rzayev

Həyatı

Elxan Rza 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.1985-ci ildə Sumqayit şəhər 23 nömrəli orta məktəbə daxil olmuşdur.1996-ci ildə həmin məktəbi bitirib. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxıb.

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Tələbəlik illərində Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", C.Cabbarlının "Solğun çiçəklər", A.Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. C.Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmış Elxan Rzayev tələbə ola- ola Azərbaycan Milli Dram Teatrında da çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətindədir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrındadır. C.Cabbarlının "Dönüş"ündə Ötgün Zamanbəyli, C.Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Nazim Hikmətin "Damokl qılıncı"nda Abe, N.Nərimanovun "Nadir şah"ında Rzaqulu obrazlarının ifaçısı kimi yüzlərlə tamaşaçının məhəbbətini qazanıb.

"Ölülər" tamaşasında yaratdığı İsgəndər isə Elxan Rzayevin yüksək sənətkarlıq zirvəsindən xəbər verir və bu günə kimi gördüyümüz İsgəndərlərdən tamamilə fərqlənir.

H.Cavidin "İblis"ində – Vasif, Arif, Sofoklun "Elektra"sında- Arest rollarını oynayıb. İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə- İmam Hüseyn, Ə.Pəhləvaninin "İnsan və İblis"ində – İblis, A.Babayevin "Oğul" tamaşasında- II şəhid, A.Məmmədovun "Dəli Domrul"unda- Dondar R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"tamaşasında- Rüstəm, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır"ında- II kişi, A.Qurbaninin "Türk sancağı"nda – Lütfəli bəy və onlarca repertuarda olan tamaşalarda baş rollarda çıxış edir.

Filmoqrafiya
Cavid ömrü (film, 2007)-Orxan
SSRİ-də Doğulma (2008)- Prezident köməkçisi
Seçilən (film, 2008)‎ – Məmmədov
Tahirənin İntiqami-4 seriyali film(2009) – Rasim
Qagayi Serial(2012) - Murad Rəsulov

Teatrda oynadigi rollar

Cəlil Məmmədquluzadə "Ölülər"-Kefli İsgəndər

Hüseyn Cavid "İblis"-Arif

Cəfər Cabbarli "Dönüş"-Ötkün Zamanbəyli

Nəriman Nərimanov "Nadir şah"-Rzaqulu

Nazim Hikmət "Domoklın qılıncı"-Ab

Mirzə Fətətli Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah"-Şahbaz bəy

Sofokl "Elektra"-Orest

Rauf İçərişəhərli "Vətənə igidlər gərəkdir"-Rüstəm

İnqilab Kərimov "Xəyanətin müsibəti"-Imam

Altunbəy "Dəli Domrul"-Dondar

Mövlud Süleymanlı "Bəylik dərsi"-BamsI

Abdulla Qurbani "Türk sancağı"-Lütfəli bəy


Tarix: 01.02.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Aktyorlar
loading...