Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firudin Mehdiyev

Müğənni. Aktyor. Filmlərdə mahnı ifa edən. Arxiv kadrlar.

Həyatı

Dramatik tenordur. ADOBT-də 1957-ci ildən işləyib. Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Əsas rolları: Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").

Filmoqrafiya
Arşın mal alan (film, 1965)
Böyük dayaq (film, 1962)
Dairə (film, 1989)
Gecə qatarında qətl (film, 1990)
Hər şey yaxşılığa doğru (film, 1997)
Səhər (veriliş, 1995)
Sevil (film, 1970)


Tarix: 01.02.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Aktyorlar
loading...