beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərəm Sərxanoğlu

Aktyor

Həyatı

Kərəm Sərxanoğlu 1993-cü il avqust ayının 17-də Gəncə şəhərində anadan olub. Beş yaşına qədər Gəncə şəhərində, beş yaşından on yaşınadək isə Rusiya Federasiyasının paytaxtı olan Moskva şəhərində yaşayıb. 3-cü sinifə qədər Moskvanın 1118 saylı məktəbində təhsil alıb. On yaşından Bakı şəhərində yaşayır və təhsil alır.

Kərəm Sərxanoğlu 2005-ci ildən peşəkar səhnədədir və Adam Ol 1 (2005), Adam Ol 2 (2006), Məzməzə (Uşaq Satirik Kinojurnalı, 2006) filmlərində, eləcə də bir sıra reklam çarxlarında çəkilib.
Aktyor Sərxan Kərəmoğlunun oğlu, Kənan Sərxanoğlunun qardaşıdır.

Filmoqrafiya
Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-rol: Zeynalın oğlu
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Vüqarın oğlu
Əziz dost (film, 2006)
Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)
Acılar Bitmez (2009)


Tarix: 02.02.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Aktyorlar