beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Habil Xanlarov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Xanlarov Habil Tehran oğlu (15.03.1973) 1990-cı ildə orta məktəbi bitirdikdən sonra müsabiqə yolu ilə Fizuli Dövlət Dram teatrın aktyor ştatına qəbul olunmuşdur.

1990-93-cü illərdə Nəsrəddin (Y.Əzimzadə "Nəsrəddin"), Qasid (A.Qasımov "Görüş"), Bayram (A.Səfərov "Fantan ərə gedir"), Otgəm (A.İdrisoğlu "Çarəsiz oyun") kimi obrazlar yaratmağa nail olmuşdur.

1993-cü ildə məlum səbəbdən Fizuli teatrı Sumqayıt şəhərinə köçürülmüşdür.

1993-cü ildən 2005-ci ilə kimi H.Xanlarov eyni vaxtda həm Fizuli, həm də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləmişdir.

2005-ci ildə Fizuli teatrı Horadiz qəsəbəsinə köçürüldükdən sonra isə Habil Xanlarov öz fəaliyyətini Sumqayıt teatrında davam etdirir.

Teatr səhnəsində Habil Xanlarov onlarca rollar oynamışdır. Onlardan Surxay (S.Rəhman "Toy"), Çingiz (S.S.Axundov "Eşq və intiqam"), Hüseynqulu, Vəliqulu (J.Məmmədquluzadənin "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları"), Tuzar (G.Xuqayev "Bir köpək vardı"), Aydın (C.Cabbarlı "Aydın"), A.Smirnov, İvan Vasilyeviç (A.Çexov "Ayı", "Təklif"), Zaur (Anar "Təhminə və Zaur"), İsgəndər (M.Bayjiyev "Duel"), Aqil (T.Vəliyeva "Mənim aö göyərçinim", Yetim (Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Fərid (A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə"), Tehran (N.Dumbadze "Ağ bayraqlar" və s. göstərmək olar.

H.Xanlarov həm də özünü rejissor kimi də sınayaraq "Toya bir gün qalmış") (L.Rəşidzadə), "Ayı" ( A.Çexov) kimi tamaşalara Fizuli teatrında quruluş vermişdir.

H.Xanlarov "Üfüq-21" mono tamaşalar festivalında diploma layiq görülüb.

Filmoqrafiya
Bizim qəribə taleyimiz (film, 2005)
Dolu (film, 2012)


Tarix: 01.02.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Aktyorlar