Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hafiz Quliyev

Hafiz Məhərrəm oğlu Quliyev - rejissor

Həyatı

Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir. 1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu gün teatrın repertuarında özünəməxsus yer tutan Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Arşın mal alan", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif" operaları H.Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur. H.Quliyev həm də bir vaxtlar təhsil aldığı Mədəniyyət və İncəsənət universitetində aktyor və rejissor sənəti fənnindən dərs deyir. Eyni zamanda Ü.Hacıbəylinin məhşur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında, Samsun Dövlət Opera və Balet tearında, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında həmin teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur. 2005-ci ildə H.Quliyev Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Qız qalası (film, 2000)a


Tarix: 01.02.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Aktyorlar
loading...