beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağakişi Kazımov

Ağakişi Kazımov — rejissor, Xalq artisti, professor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Kazımov Ağakişi Şəmməd oğlu 11 mart 1935-ci ildə anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir.

1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir.

1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A.Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləmişdir.

"Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" (K.Kərimov), "Od gəlini" (C.Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B.Vahabzadə).

Qazandığı sənət uğurlarına görə A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

Filmoqrafiya
Yük (film, 1995)
Sonuncu dərviş (film, 2009)


Tarix: 31.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Aktyorlar