Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uill Smit

Uillard Kristofer Smit kiçik - tanınmış Amerika aktyoru.

Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Uill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti «Hollivudun ən zəhmətkeş aktyoru» adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun «Mən-əfsanə» filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə «karib piratı» Conni Depp gəlir. [1]

Həyatı

Uill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq. "Xoşbəxtlik axtarışında" filmində onunla tərəf-müqabili olan oğlu yenidən atası ilə "Nyutonun qanunu" filmində rol alacaq. Filmin prodüseri Uill Smitin özüdür. Ceyden atasının prodüser olduğu filmdə məktəb ekskursiyasından sonra qapalı elmi mərkəzə düşən istedadlı gənc ixtiraçı obrazını canlandıracaq. Filmin premyerası 2009-cu ilə planlaşdırılıb. [2]

Filmoqrafiya
Pis oğlanlar (1995)
Qara geyimli adamlar (1997)
Vəhşi, vəhşi, Vest (1999)
Bager Vansın əfsanəsi (2000)
Əli (2001)
Qara geyimli adamlar-2 (2002)
Pis oğlanlar-2 (2003)
Cersidən olan qız (2004)
Mən əfsanəyəm (film, 2007)


Tarix: 30.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Aktyorlar
loading...