beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuğundur şorbası resepti

50 qram qırmızı çuğundur
200 qram (2 ədəd orta ölçülü) soğan
30 qram (2 xörək qaşığı) marqarin
3 su stəkanı su
200 ml krem
Duz
İstiot

Hazırlanması:
Çuğundurları yuyub, suda qaynadın. Soyuduqdan sonra qabığını soyub kub şəklində doğrayın. Dekorasiya üçün iki şorba qaşığı çuğundur ayırıb qalanları, kub-kub doğranmış soğanlar ilə birlikdə yağda qovurun. Soğanlar yumşalınca 3 su stəkanı su və kremi əlavə edin. Şorbanı blendırdan keçirdikdən sonra duz və istiotu əlavə edin. Bir müddət qaynadın və ocaqdan götürün. Qablara paylaşdırdıqdan sonra qalan çuğundurlar ilə bəzəyib servis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:55 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Şorbalar ve Helimler