beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşbərə//

Lazım olan ərzaqlar:
400 qr qoyun əti, buğda unu,1 yumurta, 1 baş soğan, 40 qr sirkə və ya 1 st. sarımsaqlı qatıq (2 diş sarımsaq), yağ, keşniş, quru nanə, duz, su.
Hazırlanması:
Çəkilmiş ətə soğan, göyərti və duzu qarışdırıb qiymə hazırlayırıq. Un və yumurtadan su əlavə etməklə bərk xəmir yoğurun və 1 mm qalınlığında yayın. Yayılmış xəmiri 3x3 sm ölçüdə kvadrat şəklində kəsin. Hər kvadratın ortasına bir az qiymə qoyun və düşbərəni bükün (bükmək üçün kvadratı ortadan yarı qatlayıb kənarlarını bərk bükün). Hazır düşbərələri ələkdə silkələyib artıq undan təmizləyin. Düşbərələri hazır ət suyuna (adi su da olar) töküb bişirin. Hazır olduqdan sonra boşqablara paylayıb üzərinə yağ qoyun, quru nanə və doğranmış göyərti səpin.Süfrəyə verərkən yanında sarımsaqlı qatıq və ya sirkə verin

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:25 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Şorbalar ve Helimler