beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu-buğdalı şorba

6 nəfərlik Bişmə müddəti 20 dəqiqə

İçindəkilər:
1 stəkan aşurəlik buğda
1 stəkan noxud
1 yemək qaşığı
duru yağ
1 yemək qaşığı
Kərə yağı
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 ədəd soğan
1 çay qaşığı duz
1 yəmək qaşığı
tomat
1 çay qaşığı qırmızı pul bibər qara bibər, quru reyhan
yetərincə ət suyu və ya su


Hazırlanması:
Buğda və noxudu bir gecə öncədən isladın. Yeməyi hazırlamağa başlamadan öncə buğda və noxudu bişirib süzün.
Soğan, pomidor və bibəri doğrayın. Sonra soğanı kərə yağı və duru yağla birlikdə 1-2 dəqiqə qarışdıraraq qovurun. Bunun üzərinə doğradığınız bibəri əlavə edin və bir az daha qovurun.
Daha sonra tomat əlavə edin və 1-2 dəqiqə qarışdıraraq qovurmağa davam edin. Əvvəlcədən doğranan pomidoru yeməyə qatın və qarışdıraraq qovurun. Buğda və noxudu yeməyə əla-və edib və səbzələri yaxşıca qarışdırın.
Baharatlar: duz, qara bibər, qır-mızı pul bibər, quru reyhanı şorbaya qatın. Ən son, ət suyu əlavəsiylə buğda və noxudlar yumşalıncaya qədər bişirin.
Artıq çox ləzzətli şorbanız servisə hazırdır.


Tarix: 18.12.2012 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Şorbalar ve Helimler