beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvə kremli keks
Meyvə kremli keks

MATERİAL SİYAHISI:

3 yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı süd
1 çay stəkanı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
Ustasından un ölçüsü

KREMİ ÜÇÜN:

1,5 su stəkanı süd
1 çay stəkanı toz şəkər
1 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 su stəkanı qarışıq quru meyvə

ÜZƏRİ ÜÇÜN:

Hindistan qozu

İÇİ:

Yumurtaları qarışdırma qabının içinə sındırıb şirniyyat birlikdə mikser köməyi ilə 4-5 dəqiqə çalırıq. Süd, duru yağ, qabartma tozu, vanil və 7 xörək qaşığı ilə unu əlavə edib bir az daha qarışdırandan sonra yağlanmış keks qəlibinə piroq xəmrimizi tökürük. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişiririk. 20 dəqiqədən sonra istilik dərəcəsini 165 e salıb bişirməyə davam edirik. Cəmdə 35-40 dəqiqə içərisində bişmiş olur.

Kremi üçün, süd, toz şeker,un və nişasta kiçik bir qazana qoyub, orta odda bişiririk. Bişirəndə dibi tutmaması üçün davamlı qarışdırırıq. Konsistensiya qatılaşandan və göz göz olduqdan sonra altını bağlayırıq. Quru meyvələrin üstünə isti su töküb yumşalması üçün saxlayırıq. Meyvələri 15-20 dəqiqə sonra süzürük. Krem-imiz ılıdıktan sonra içinə quru meyvələri əlavə edib qarışdırırıq. Bişmiş olan keksi sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan sonra qəlibindən çıxarıb üst hissəsini kəsirik. Ardından yeni formanın içinə qoyuruq. İçini qaşıqla çıxarıb bir qaba qoyuruq. İçində dərin bir hovuz olan keksin içinə soyumuş olan meyvəli kremini tökürük. Üzərini içərisindən çıxarmış olduğumuz tort parçaları ilə yaxşıca bağlayırıq. Bir yarım saat istirahət etdiririk. Sonra düz bir qaba tərs çevirib keksi qəlibindən çıxarırıq. Üzərinə istəyə görə hindistan qozu səpib xidmət edirik.


Tarix: 26.03.2015 / 12:13 Müəllif: Nurana Baxılıb: 330 Bölmə: Şirniyyatlar