beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəkər çörəyi

Ləvazimatlar:

Un – 400 q

Şəkər kirşanı – 125 q

Kərə yağı – 250 q

Fındıq – 30 q

Qabartma tozu – 1 ç.q.

Üzəri üçün:

Yumurta sarısı – 1 ədəd

Hazırlanma qaydası

1.Xəmir üçün: dərin bir qaba şəkər kirşanı əlavə edilir, üzərinə otaq temperaturunda yumşalmış kərə yağı əlavə olunub mikserlə çalınır.
2.Şəkər-yağ qarışığına ələnmiş un, qovrulmuş və üyüdülmüş fındıq və qabartma tozu əlavə edilərək mikserlə bir az da çalınır və sonda əl ilə yumşaq xəmir yoğrulur.
3.Hazır xəmirdən “təpəcik”lər hazırlanıb soba listinə yığılır.
4.”Təpəcik”lərin üzərinə yumurta sarısı nöqtə şəklində vurulub əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəq. bişirilir (şəkər çörəyi qızarmamalıdır).


Tarix: 08.12.2012 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Şirniyyatlar