beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələkli biskvit

Ərzaqlar:
Biskvit üçün:
2 ədəd yumurta
0,5 stəkan şəkər
1/3 stəkan un
1 x.q. nişasta
1/4 sedra (limon qabığı)
1x.q. vanil şəkəri

Çiyələkli sufle üçün:
500 qram- çiyələk
40-50 qram şəkər pudrası
2 x.q. jelatin
250-300 ml qaymaq (yağlılığı 35%)


Biskvitin hazırlanma qaydası:
Limonun qabığını soyub, sürtkəcin xırda gözündən keçirin.
Yumurtaların sarısını ağından ayırıb, şəkərin yarı hissəsi ilə çalın. Üzərinə vanil şəkəri və sedra əlavə edib, yenidən yaxşıca çalın.
Unu nişasta ilə qarışdırıb, süzgəcdən keçirin.
Yumurtaların ağını qalan şəkər tozu ilə çalaraq, 1/3 hissəsini yumurtaların sarısına əlavə edib, səliqəli formada qarışdırın.
Sonra ələnmiş unu üzərinə əlavə edib, yenidən qarışdırın.
Yumurtaların ağının qalan hissəsini xəmirə əlavə edib, yaxşıca qarışdırın. Sonra xəmiri yağlanmış xüsusi forma qabına tökün.
Biskviti 170-200 dərəcə qızdırılmış sobada, 30 dəqiqə ərzində bişirin.
Bişmiş biskviti soyumaq üçün kənara çəkin.

Çiyələkli sufleni hazırlamaq üçün:

300 qram çiyələyi yuyub, əzin. Sonra üzərinə şəkər pudrası əlavə edib, qarışdırın.
Jelatinin üzərinə qaynar su (80˚) töküb, həll olunana qədər qarışdırın.
Həll olunmuş jelatini əzilmiş çiyələyin üzərinə əlavə edərək, qarışdırıb, soyuducuya yerləşdirin. Qatılaşan kimi üzərinə qaymaq əlavə edib, yaxşıca qarışdırın.
150 qram çiyələyi xırda kub formasında doğrayıb, sufleyə əlavə edib, qarışdırın.
Hazırladığınız sufleni biskvit korjun üzərinə çəkib, 2-3 saat ərzində soyuducuda saxlayın.
Biskviti süfrəyə verərkən öz zövgünüzlə çiyələkləri üzərinə düzərək bəzəyin. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Şirniyyatlar