beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməni halvası

Buğda – 100q,

1-ci növ buğda unu – 500q,

ərinmiş yağ – 100q, doşab - 200q,

qoz ləpəsi – 100q,

cirə – 2q,

istiot - 1q,

darçın – 2q,

razyana – 1q.


Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.


Tarix: 10.12.2012 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Şirniyyatlar