beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokaladlı Cheesecake pirogu
Şokaladlı Cheesecake pirogu

MATERİAL SİYAHISI:

2 paket yulaf biskvit
100 q kərə yağı

PLOMBU ÜÇÜN:

3 yumurta
1 su stəkanı toz şəkər
3 paket labne
1 paket vanil
1 xörək qaşığı un

ÜZƏRİ ÜÇÜN:

50 qr bitter şokolad

İÇİ:

Yulaf biskvitləri əzib toz halına gətiririk və qarışdırma qabına alırıq. Kərə yağını əridirik və əlavə edirik. İkisini bir qarışdırırıq. Dart qəlibini yağlayırıq və içinə biskvitli xərci qoyuruq. Üzərini düzəldirik.

Plombu üçün, yumurtaları qarışdırma qabına qırırıq. Toz şəkəri, labneyi, vanili və unu qoyuruq. Çırpma teliylə qarışdırırıq. Biskvit bünövrənin üzərində plomb qarışığını tökürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Bitter şokoladlarını əridirik Yağlı kağızdan kornet edirik və əridən şokoladı içinə doldururuq. Cheescake bişəndə sobadan alırıq. Ilıyınca üzərinə şokolad sousu aralı olaraq top top sıxırıq diş çöpü köməyilə üstlərindən halqa şəklində çəkərək bəzəyirik və dilim xidmət edirik.


Tarix: 25.03.2015 / 11:57 Müəllif: Nurana Baxılıb: 41 Bölmə: Şirniyyatlar