beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anjelika pirojnası resepti

Tərkibİ:
Xəmiri üçün:
6 yumurta
2 s,t şəkər tozu
1 s,t qatıq
1 abgərdən (50 qram) yağ
2,5 stəkan un
qabartma tozu

Kreminə:
300 qram yağ
1 banka malako
vanel

Hazırlanması:
Sobanı qızdırırıq, xəmir üçün olan ərzaqları mikserin köməyi ilə çalırıq.Hazır olan ərzaqları qızmış və yağlanmış listə töküb bisməyə qoyuruq.Tam bişmiş biskivit soyuduqdan sonra stəkanın ağzı ilə səliqəli kəsirik.Hazırladığımız biskivirin artıq qalıqlarını aşsüzən vasitəsiylə xırda ovuntu halına gətiririk.Stəkanla kəsilən biskivitin birini kremləyib birinidə üstünə qoyun hər tərəfli kremləyərək hazırlanmış biskivit ovuntusuna yaxşıca bulaşdırıb qaba düzürük.Bu minvalla hazırlanır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:07 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Şirniyyatlar