beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləziz kəsmik kətəsi resepti

Tərkibi:
Kəsmik 5%-li - 600 qram
Yumurta - 1 ədəd
Duz - bir çimdik
Şəkər tozu - 100-150 qram
Un - 2 xörək qaşığı

Hazırlanması:
1. Bütün ərzaqları qatın, ələkdən keçirin. Kəsmiyi ələkdən keçirməsəniz də olar. Yaş əllə bu kütlədən kürəciklər düzəldin.
2. Bu ölçüdən istifadə etsəniz təqribi 13 ədəd kəsmik kətəsi olmalıdır. Unlayın, sonra bir balaca silkələyin ki, artıq un üzərindən tökülsün.
3. Tavaya yağ tökün, orta atəşdə kəsmik kətəsini qızardın.
4. Bir tərəfi qızarandan sonra tavanın qapağını örtün. Zəif odda ikinci tərəfini bişirin. Bu zaman kətə şişəcək.
5. Bişən kətələri kağız salfetin üzərinə yığın ki, artıq yağı hopsun.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:14 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Şirniyyatlar