beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mürəbbəli asan tort

Ərzaqlar:

1.5 st. un
2 yumurta
1 st. şəkər tozu
1 st. qatıq
1 x.q. kakao
1 x.q. kərə yağı
1 ç.q. soda (sirkədə söndürülmüş)

Hazırlanma qaydası:

Yumurta və şəkəri ağarıncayadək çalın, qatıq, kakao, soda, kərə yağı qatıb qarışdırın. Sonra un əlavə edin. Tavanı qızdırın. Bitki yağıyla yağlayın. Azca manna səpin. 6 xörək qaşığı xəmir töküb ağzını bağlayın. 10-12 dəqiqə vam odda bişirin. 3 fətir alınmalıdır. Fətirlərin üzərinə mürəbbə, şəkərlə çalınmış qaymaq və ya istənilən kremi çəkmək olar.

Nuş olsun!


Tarix: 08.12.2012 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 655 Bölmə: Şirniyyatlar