beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bananlı "dulçe de leçe" resepti

Dulçe de leçe - Cənubi Amerikada populyar olan bu şirniyyatın adı tərcümədə "süddən konfetlər" deməkdir, dadı bişmiş qatılaşdırılmış südü xatırladır. Ona müxtəlif ədviyyatlar və ərzaqlar əlavə edərək fərqli dadlar alırlar, məsələn, darçın, digər ədviyyatlar qatır, kokos, yaxud keçi südündən hazırlayırlar. Fransada dulçe de leçeni südlü konfitür adlandırırlar (confiture de lait). Onu ayrılıqda, yaxud da blinçik və ya dondurma ilə yemək, hətta piroqlar üçün iç kimi də istifadə etmək olar.

Tərkibi:
Xəmir üçün:
1,5 st. un
0,5 st. şəkər tozu
0,25 ç.q. duz
130 q çox soyudulmuş kərə yağı
1 yumurtanın sarısı

İç üçün:
1-2 banan
1 st. + 2 x.q. süd
3 yumurtanın sarısı
3 x.q. kərə yağı
0,25 st. un
8 x.q. şəkər tozu
1 ç.q. vanil cövhəri

Xəmir:
Ələnmiş unu və şəkər tozunu kombaynın qabına töküb qarışdırın, soyudulmuş yağı xırda doğrayıb əlavə edin. Ovuntuq alınanadək qarışdırın. Çalmağı dayandırmadan yumurta sarısını əlavə edin, ovuntuqların həcmi böyüməlidir. Bunu masanın üstünə töküb xəmir kimi toparlayın.

İki variantda hazırlamaq olar: ya əlinizlə formanın içinə döşəyin, ya da soyuducuda saxlayıb, sonra çıxarıb yayaraq formaya döşəyin. İstənilən halda xəmiri soyuducuda 1 sutka saxlamaq olar.

Bişirməzdən əvvəl sobanı 180 dərəcə qızdırın. Folqanın parıldayan tərəfinə yağ çəkin, sonra bu hissəsini üzü xəmirə olmaqla piroqun üzərinə çəkin, üzərinə lobya tökün (ağırlıq salıb xəmir şişməsin deyə). 15 dəqiqə bişirin. Sonra folqanı götürün, piroqu daha 3-5 dəqiqə bişirin.

Əgər dibi azca qalxıbsa, qaşıqla azca basın. Piroqun əsasını formada soyudun.

İç:
Yumurta sarılarını şəkər tozu ilə çalın, vanil cövhəri, un və südün yarısını əlavə edib yenə çalın.

Südün digər yarısını qaynadın, qarışdıraraq kremə əlavə edin. Kremi su hamamına qoyun, daim qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürün, kərə yağı əlavə edib əriyənədək qarışdırın.

Kremin yarısını əsasın üzərinə yayın, üzərinə fal-fal doğranmış banan düzün, kremin qalanını üzərinə çəkin. Sobada 20-30 dəqiqə bişirin.

Dulçe de leçe piroqu qovrulmuş qoz-fındıq və çalınmış qaymaqla əla dadır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:01 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Şirniyyatlar