beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ktiş qalası

K.tiş qalası - Azərbaycan Respublikası Xocavənd rayonu ərazisində yerləşən qədim qala. Qala sıldırım dağın zirvəsində yerləşir. Dövrümüzə yalnız xarabalıqları çatmış bu möhtəşəm qalanın dəqiq inşa tarixi bilinmir. Lakin qalanın adı mənbələrdə Azərbaycan ərəblər tərəfindən fəth edildikdən sonra çəkilməyə başlayır.

Qala ərəblərin Azərbaycanda hegemonluğu dövründə alban knyazı Yesai əbu Musanın iqamətgahı olmuşdur. Əbu Musa mənbələrdə Beyləqan hakimi kimi xatırlanır və Kalankatlı onun Qafqaz albanlarının soyundan olduğunu yazır. Bəzzin süqutundan sonra Babək Zəngəzurdakı sahibi Səhl ibn Sunbat olan Şəki qalasında, qardaşı Abdullah isə Ktiş qalasında sığınacaq tapmışdı.

Qala olduqca əlverişli strateji mövqedə yerləşir. Belə ki, qalanın dörd bir tərəfi sıldırım qayalıqlarla əhatə edilmişdir. Qalaya yalnız çox kiçik bir cığırla getmək mümkündür. Ərəb salnaməçisi Məsudi Ktiş qalasını öz əsərində bu cür təsvir etmişdir:

"K.tiş qalası doğrudan da əlçatmaz qala idi. Onun təpəsi buludlar içində idi, dağın sərt və sıldırım yamacları meşə ilə örtülmüşdü. Qalaya çətin keçilən dar bir cığır gedirdi."

Lakin haqqında bəhs edilən bu kiçik cığır əslində heç də qalaya gedən yeganə yol olmamışdır. Belə ki, bu çığırdan başqa, qalanın şimal tərəfində qayalarda yeraltı yol da qazılmışdı. Bu isə Qarabağın digər həmdövr qalalarında da müşaidə olunan haldır. Belə ki, tədqiqatlar zamanı yeraltı gizli yollarla Qarabağda yerəşən Laçınqaya qalası, Löh qalası və Qalaboynu qalasında da rast gəlinmişdir.


Tarix: 08.01.2015 / 02:12 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi