Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gərni qalası

Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında Gög dağının ətəyində Ellər (12.10.1961-dən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-dən Qarni) kəndində qədim türk qalası. Qar-qar\Gər-gər\Her-her türk tayfasının adını daşıyan bu qala eramızdan iki min il əvvəl Gögqan tərəfindən tikilmiş, onun adını daşımış, sonrakı adını isə Göganın da mənsub olduğu Qar-qarlardan almışdır. Bəzi mənbələrdə onun e.ə. 2-3-cü əsrlərində inşa olunduğu göstərilir. Uzunluğu 314 m. olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tutur. Şimal divarında bir-birindən 10-12 m. aralı 10 bürc, şərq divarında isə bir-birindən 25 m. aralı 4 bürc var. Əraziyə ilk ermənilər 1828-1829-cu lllərdə İrandan köçürülüb. Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır.


Tarix: 08.01.2015 / 01:40 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Ümumi
loading...