beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:

“Soruşurlar:

-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?

İmam cavab verir:

-Əlbəttə yaxşılıq edərdim.

-Əgər o yenə pisliklə cavab versə?

-Yenə yaxşılıq edərdim.

-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?

Həzrət Əli suala sualla cavab verir:

-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”

Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünürsə,hər əməli üçün ürəyinə Ona hesabat versə,heç bir yaxşılğı itməz.El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya,balıq bilməsə də,Xaliq bilər”.Əslində insanın niyyəti də elə bu olmalıdır.

İnsan yaxşı əməlinin əvəzini kimdən umursa,mükafatını da ona görə alır.Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə,daha doğrusu,hər yaxşılğı verilmiş bir borc kimi qəbul edirsənsə,əlbəttə aldığın ürəyincə olmaaycaq.Məsələni bir qədər də açıqlasaq,deməliyik ki,Allah dünyanı istəyənlərə dünyanı,axirəti istəyənləri axirəti verir.Və hər kəs öz niyyətinin əvəzini alır.

Bu yerdə onu xatırladaq ki,yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir.Peyğəmbərimiz (s.ə.s) bildirir ki,Allah,etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz,onunla danışmaz.Ancaq bir məsələ var ki,bəzən səbrimiz daralır,bəzən kimdənsə umub-küsürük.Belə məqamlarda mümkün qədər özünü ələ almaq,sakitləşmək və “kənara çəkilmək” lazımdır.Çünki səbir hər şeyi öz yoluna qoyur...


Tarix: 05.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Ümumi Psixologiya