beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.

Ən çox müşahidə olunan digər ictimai qorxular; başqalarının qarşısında danışmaq, yemək yemək, görüşlərdə və yığıncaqlarda iştirak etmək. Bu cür insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.

Hər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana çox-çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunamlıdır. Bu da təxminən 30 yaş arasında artır. Sosial fobiya xas olaraq üz qızarması ilə bərabər ürək döyünməsi, həyəcanlanma, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi baş verir.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış forması isə əsəb pozuntularıdır. Fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəlindən istifadə edilir. ((Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir.))

Müalicə olunmaq üçün qorxu ya da davranışın insanın adi gündəlik işlərini, iş ya da məktəb həyatını, ictimai fəaliyyətlərini pozacaq dərəcədə olmalıdır. Bu halda olan insanların müalicəsində, ictimai bacarıq təhsili, boşalma məşqləri və laqeydləşdirmə texnikaları, fərdi və ictimai fəaliyyət müalicəsi, qrup psixoterapiyası kimi üsullar ilə bəzən də dərman preparatlarının köməyi ilə də müalicəsi mümkündür.

SOSİAL FOBİYASI OLAN KƏSLƏRİN BAŞLICA XÜSUSİYYƏTLƏRİ:

Ümumiyyətlə utancaq və içə qapalı, ictimai deyillər.
Normal göz təmasından qaçar, az danışırlar.
Onlardan bir şey soruşmadıqca çox danışmazlar.
Onlara çox diqqət ayrılmasından xoşları gəlməz.
Qrup içində çox nadir danışarlar, iltifatları da çox səssizcə ötürərlər.
Tez-tez xəstələndiklərini söyləyərlər və tez-tez görsənməzlər.

İCTİMAİ FOBİYAYA SƏBƏB OLA BİLƏCƏK BAŞLICA HALLAR BUNLARDIR:

Bir qrup insan qarşısında danışmaq
Bir qrup insan içində olmaq
Tanış olmayan biri ilə danışmağı davam etdirmək
Başqalarının qarşısında yazı yazmaq
Başqalarının qarşısında düşüncələrini ifadə etmək
Cəmiyyət içində yemək və ya içmək
Tanış olmayan biri ilə tək yemək yemək
Tanış olmayan biri ilə telefonla danışmaq
Bir şənliyə və ya yoldaş yığıncağında iştirak etmək

FOBİYALAR

-Akluofobiya — qaranlıqdan qorxmaq.
-Antropofobiya — insanlardan qorxmaq.
-Batofobiya — dərinlik qorxusu.
-Bibliofobiya — kitablardan qorxmaq.
-Fotofobiya — işıqdan qorxmaq.
-Qolossofobiya — ictimai yerlərdə danışmaqdan qorxmaq.
-Monofobiya — təklikdən qorxmaq.
-Xlostorofobiya — qapalı yerlərdən qorxmaq.
-Agirofobiya — küçədən qorxmaq
-Agorafobiya – açıq yerdən və ya kütlədən qorxmaq
-Ailurofobiya – pişikdən qorxmaq
-Akluofobiya – qaranlıqdan qorxmaq
-Akrofobiya – hündür yerdən qorxmaq
-Algofobiya – ağrıdan qorxmaq
-Amaksofobiya – maşından (və ya nəqliyyatdan) qorxmaq
-Amatofobiya – toz qorxusu
-Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq
-Amofobiya – iti cisimlərdən qorxmaq
-Anemofobiya – fırtına qorxusu
-Antlofobiya – sel qorxusu
-Apifobiya – arılardan qorxmaq
-Araknofobiya – hörümçəkdən qorxmaq
-Astenofobiya – gücsüz olmaqdan qorxmaq
-Astrafobiya – şimşək qorxusu
-Atelofobiya – mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
-Aviofobiya – uçuş qorxusu
-Ballistofobiya — silahdan ya da mərmidən qorxma
-Batofobiya- dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxma
-Batrakofobiya- qurbağa, salamandr kimi heyvanlardan qorxma
-Belonefobiya- iynədən qorxma
-Bibliyofobiya- kitablardan qorxma
-Bromidrosifobiya- vücud qoxusundan qorxma
-Brontofobiya- göy gurultusundan qorxma
-Dentofobiya- diş həkimindən qorxma
-Dekatriaparaskevifobiya- ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu
-Elektrofobiya- elektrikdən qorxma
-Emetofobiya- qusmaqdan qorxma
-Entomofobiya- böcəklərdən qorxma
-Endofobiya- Geyim qorxusu
-Epistaksiyofobiya- burun qanamasından qorxma
-Eritrofobiya- üz qızarmasından qorxma
-Farmakofobiya- dərmanlardan qorxmaq
-Fazmofobiya- ruhdan qorxmaq
-Febrifobiya- qızdırmadan qorxmaq
-Filemafobiya- öpməkdən və ya öpüşməkdən qorxmaq
-Filofobiya- sevməkdən, aşiq olmaqdan qorxmaq
-Fobofobiya-qorxmaqdan qorxmaq
-Fotofobiya- işıqdan qorxmaq
-Gametofobiya- evlənməkdən qorxmaq
-Gefirofobiya- körpüdən keçməkdən qorxmaq
-Gerontofobiya- yaşlı insanlardan və ya qocalmaqdan qorxmaq
-Glossofobiya-cəmiyyət qarşısında çıxış etməkdən qorxmaq
-Haptofobiya- toxunulmaqdan qorxmaq
-Harpaksofobiya- oğrulardan və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaq
-Helyofobiya- günəşdən qorxmaq
-Hematofobiya- qan qorxusu
-Herpetofobiya-sürünənlərdən qorxmaq
-Hidrofobiya-sudan, üzməkdən və ya boğulmaqdan qorxmaq
-Higrofobiya-nəmdən və ya yağışdan qorxmaq
-Hipegiyafobiya- məsuliyyətdən (cavabdehlikdən) qorxmaq
-Hipnofobiya- yatmaqdan qorxmaq
-Hipofobiya- atlardan qorxmaq
-Homiklofobiya- sisdən qorxmaq
-Homofobiya- homoseksuallardan qorxmaq
-İhtiyofobiya- balıqlardan qorxma
-İslamofobiya — müsəlmandan qorxm


Tarix: 27.11.2014 / 12:25 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Ümumi Psixologiya