Qəbirstanlığın içində balaca məzar sexində işləyirdi.Ölənlər üçün sinə daşı hazırlanırdı burada. O isə mərhumun şəklini baş daşına köçürürdü.İşindən zəhləsi gedirdi,hər gün ölən insan şəklinə baxırdı.
Getməyə isə yeri yox idi.
Qəsəbənin adamları az olsa da, məzarlara baxanda bunu demək olmurdu. Mərhumların coxu burada doğulub, sonradan dünyanın hər yerinə gedib, kəndi unutmuş kimi görünən insanlar idi.Yalnız öləndə yada düşürdü ki, bu insanın nə zamansa doğulduğu yer varmış.
Evi yanandan sonra sexdə yaşamağa məcbur oldu.Rəisin əlninə bəhanə düşdü: “Zəhmət haqqı əvəzi sənə qalmağa yer verirəm”.
Üstəlik gözətcini də işdən cıxardı.
Uşaqlığı rəislə bir yerdə keçmişdi.Müharibədən xəstə və şikəst qayıdanda isə dostunu var-dövlət içində gördü.Qəsəbənin dükanları,bar və oyun yerlərini hansı yolla ələ keçirdiyi ona qaranlıq qaldı.
Rəis bahalı maşından düşüb bir qədər uzaqda dayandı.
-Qarabala, hələ sağsan?Səndən başqa söhbət etməyə adam tapmıram burada.
Dodaqucu gülümsədi.
Güclü küləyin soyuğundan üz-gözünü gizlətmək ücün rəis bahalı paltosunun xəz boyunluğunu yuxarı qaldırdı.
-Evə getmədim.Arvadın deyintisi bitmir.Zalım qızına nə alırsan,nə verirsən, bəyənmir…
Günü-güzəranı restoran, kafe,oyun salonlarında qadınlarla kecən rəis arabir onu cənəsinin altına salmaqdan zövq alırdı.
-De görüm,nətər yaşayırsan?
Arıq ciyinlərini cəkib, bir necə yerdən cırılan,düymələri qopan nimdaş paltosuna büründü.Şaxtadan dişləri bir-birinə dəyirdi.
Rəis onu başdan-ayağadək süzdü.
-Keçən il uşağa aldığım paltonu sənə gətirmək istədim.Yadımdan cıxdı.
-Sağ ol.-Səsi kədərli idi.
-Camaatın xətrinə saxlayıram bu sexi,yoxsa çoxdan bağlamışdım.
Başını yellədi.Bu fikri ilə razılaşırdı rəisin.
-Yaxşı əl qabiliyyətin var,uşaqlara demişəm, iş cıxan kimi xəbər verəcəklər.
Sevinci uzun cəkmədi.On ildə bu sözləri cox eşitmişdi.Amma yenə də səhəri məzarlar arasında acıb, axşamları onlarla bərabər yatardı.
-Bu qəbirstanlıq unudulan ölülərin məzarlığıdır.
Diksindi.Rəis kefli olanda arabir mənalı sözlər xırdalayardı.Nədənsə gözünə ayıq dəyirdi bu gün.
-Burada yatanların coxu ya Rusiyanın buzlu cöllərində qızlarla,ya da Parisin göbəyində restoranlarda gününü kecirib.Xoş gündə torpağı yada salmayanlar, ölənə yaxın qəbirlərinin burada olmasını vəsiyyət edirlər.
Başını razılıqla tərpətdi.Haqlı sözün qarşısında nə deyəydi.
-Gedəcəm buralardan,uşaqları gözləyirəm,bir az böyüsünlər.
Ürəyi ayağı altına düşdü.”Evi yox-eşiyi yox.Harada qalardı?Arabir yeməyə bir şey tapırdı buralardan.”
-Qorxma,qorxma səni də aparacam.
Dinmədi.Rəis ağır-ağır nəfəs alırdı.
-Niyə həkimə getmirsən?
Qəfildən dili açıldı, sualı özünə yersiz gəldi.
-Uşaqların hərəsi bir yandan “onu al”,”bunu ver” deyir.
Özüm yaddan cıxmışam.
Araya sükut cökdü.Bir azdan başını qaldırıb nəyisə xatırlamış kimi dedi:
-İndiki zamanda pulun olmasa adamı hec kim saymır.Salamına da cavab vermirlər.Pulun varsa hamının gözü sənin üzündədir. Bir sözlə…
Diksinib nə deyəcəyini gözlədi.
-Bu yaşa kimi həyatım boyu üzdə olmuşam…
Qəfildən sözü dolandırıb ondan saldı.
-Allah bilirsən səni niyə yaradıb?
Susdular.Arada onun ağır-ağır nəfəs alması sakitliyi pozurdu.
-Mənim kimilərinin dərs alması ücün…
Kefi pozuldu.Etiraz da edə bilmirdi.Nə cavab verəsiydi ki…
-Əlində sənətin ola-ola çörəyini qazanmağı bacarmırsan.Kimdənsə iş istəməyi əskiklik sayırsan.Müharibəyə könüllü getdin,”Vətən dar günündə məni cağırır” dedin. Ailənin bir oğlu idin,dərdinə dözmədi ata-anan… Qəlpələr hələ də bədənindədir. Ayaq barmağını güllə apardı. Sürünə-sürünə qayıtdın cəbhədən. Məğlub əsgər oldun. “Vətən uğrunda vuruşmuşam” deyə bilmirsən.Döyüşmüsənsə, bəs torpaqlar niyə düşmən əlindədir?
Soyuq hava rəisin vecinə deyildi, o, isə tir-tir əsirdi şaxtada.
-Sevdiyin qadını səhər yatağında görmədin.Məktub yazdı ki,kasıbçılıqdan yoruldum.Getdim başımın carəsinə baxmağa….
Ötənləri yada salanda ağlamaq istəyirdi.
-Taxta koman yanan kimi məzarlığa qısıldın.Ölülərlə yoldaşsan.Onlar oyanmasa da,sən günəşi görürsən.Olülərin adını daşa yazırsan ki,kimliyini bilsinlər. Amma səni tanımırlar.
-Nə vaxtsa hər şey yaxşı olacaq.-Özünə təsəlli verdi o.
Rəisin üzündə təbəssüm göründü:
-Qəribədir.Xoşbəxtliyə hələ də ümidin var.
Başını buladı:
-Həyatının dəyişəcəyinə inanırsan…
Göz yaşları kirpiklərində düyünləndi.Ətrafı tor görürdü.
-Ümidlərlə gününü keçirmə. Niyə acı həyatla şirin arzunu qarışdırırsan?
Ürəyini boşaltmağa sanki məqam axtarırdı rəis.
-Hamıya səni misal cəkirəm.Ayaq üstə gəzən, son ümidi hələ də ölməyən,amma azad yaşamağı sevən diri ölüyə baxmaq istəyənlər səni görsün deyirəm.
Rəisin səsində bu dəfə qəribə kədər duyulurdu.
-Məəttəl qalıram sənə.Həyatın dibində ola-ola,sabaha inamını itirmirsən.Həsəd aparıram.
Boğazı qəhərdən tutuldu.Cavab verə bilmirdi.
-Keçmiş arvadın yanımda,restoranda işləyir.
Bir anlığa titrədi.
-Axşamlar oyun salonunda yorğunluğu canından atır.Sənnən keçən günləri xatırlamır daha.
Başı gicəlləndi.Özünü çətinliklə ələ aldı.
Sonuncu sözdənmi ya da şaxtadan bədəni keyidi.Küləyin vıyıltısı və havanın soyuğundan ürəyi sızlayırdı…
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 227 Bölmə: Sevgi varmı?