Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAXWI KI HEYATIMDAN GEC OLMADAN KETDIN...

Sonunun gəlməsindən qorxduğum romanın sonunu özüm gətirdim. Oxuyarkən suallarla başlayan, vergüllərlə davam edən, nöqtəsini isə özüm gətirdiyim əsər idin. Könül evimin ta başında durarkən indi isə səni o evin qapısının kəndarında görürəm.
Ən yüksəkdə ikən ən aşağılara enməyi sən seçdin. Bunu necə bacardın bilmirəm. Sən...bir zaman gəzdiyin torpaqda yeriyən mən. İndi isə o yerlərdə sürünən sən.
Bir vaxtlar o gözlərdə ölüm belə şirin ikən, indi şirin olan həyatda mənasızdı. Düşünürəm də Sənmiydin məni incidən, yoxsa mənəm özümü incidən. Sənmiydin məni həyatdan bezdirən, yoxsa mənmiydim mənasız həyatdan getmək üçün səni bəhanə edən. Sənmiydin mənə dünyanı ağ-qara görsədən, yoxsa mənmiydim rəngli dünyanı ağ-qara görən. Sənmiydin gündüzlərimi gecə eyləyən, yoxsa mənmiydim gecələri sevdiyim üçün gündüzləri görməyən. Bilmirəm sənmiydin, yoxsa mən, mənə hər şeydən əl üzdürən.

Amma çox sağ ol, sağ ol ki, sən içimdəki səni məndəndə tez öldürdün. Və səndən son istəyim geriyə dönmə, mənim üçün ölmüsən bir daha ölmə. Ah bilirsən canım mənim böyük sevgim o sənlik deyil, sənin kimisini bağışlamaq buda mənlik deyil. Sonda sən yoxluğunda var olan, varlığında unudulan biri idin. Yaxşı ki, həyatımdan gec olmadan getdin....


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi varmı?
loading...