Bir gün bir adam Microsoft
sirkətinə iş axtarmağa gedir.
Microsoft şirkətində ona
uygun yalnız “təmizlikçi” işi
qalmışdı. Təmizləməklə o
ailəsini dolandıracaqdı.
Menecerlə görüşür, sınaqdan
keçdikdən sonra menecer
ona mail vasitəsilə nə zaman
işə başlayacağını
bildirəcəyini deyir.
Adam komputerinin
olmadığını və maildən
istifadə etmədiyini deyir.
Menecer təəsssüflənərək
bildirir ki “əgər mailiniz
yoxdursa rəsmi olaraq bizdə
işləyə bilmərsiniz. Qisaca sizi
işə ala bilmərik.”
Adam çarəsiz ofisi tərk edir,
“nə edim?” sualını özünə çox
verir, nəhayət cibindəki 10
dollar ilə 10 kq gilas alır. Qapı
– qapı gəzərək gilasları satır
və 2 saat ərzində sərmayəsi
ikiyə qalxır.
“ Bu şəkildə çörək pulumu
qazana bilərəm” deyib hər
gün səhər tezdən evdən çıxır
qapı – qapı gəzib gilasları
satır. Vəəə... günlər keçdikcə
sərmayəsi daha da artır.
Bir az keçir özünə kiçik bir
araba alır, az sonra bir böyük
maşın və bir neçə araba alır.
Beləcə 5 il keçir...
Bu adam Amerikanın ən
böyük nəqletmə şirkətinin
sahibinə çevrilir. Ailəsinin
gələcəyini düsünərək siğorta
şirkətinə yollanır. Siğorta
şirkəti ondan e-mail adress
istəyir. E- maildən istifadə
etmədiyini söylədiyində
siğorta edən şəxs
təəccüblənir:
- Maraqlıdır, e – mailiniz
olmadan, komputerdən
istifadə etmədən böyük bir
holding qurmusunuz. E –
mailiniz olsaydı,
komputərdən istifadə
etsəydiniz görəsən nələr edə
bilərdiniz....
Adam cavab verir
- E - mailim olsaydı indi
Microsoftda təmizlikəçilik
edirdim bəlkədə..
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?