Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevginin Yeddi Halı Var

YALNIZ "BAĞLILIQ" (BOŞ EŞQ)

Ehtiras və yaxınlığın olmadığı münasibət. Bu vəziyyət xüsusilə tanışlıq üsulu ilə evlənmədə olur.

YALNIZ "EHTİRAS" (DƏLİ EŞQ)

Ümumiyyətlə çox aşiqin ilk planda və ən həyəcanlı hiss etdiyi, yalnız ehtirasın olduğu münasibət. Bu münasibətlər romantik eşqlərə çevrilib təkamülləşir; əksi təqdirdə yaxınlığın və bağlılığın olmadığı vəziyyətlərdə ümumiyyətlə qısa çəkir.

YALNIZ "YAXINLIQ" (YOLDAŞ TƏRƏFİNDƏN EŞQ)

Yaxınlıq və xoşlanma xaricində ehtirası olmayan, uzun davam etməyən eşqlər.

"YAXINLIQ" VƏ "EHTİRAS" (ROMANTİK EŞQ)

Həm fiziki həm də ruhən cəlb edən eşqlər. Romantik eşqlərdə sevilən adamın arzulanması münasibtin daha yaxşı hiss edilməsinə səbəb olur. Keçmişdəki unudulmayan eşq təcrübələri ümumiyyətlə bu tip eşqlərdən qaynaqlanır. Ancaq nə fiziki cazibədarlıq nə də yaxınlıq hissi, əlaqənin qalıcı olması üçün bəs etmir.

"YAXINLIQ" VƏ "BAĞLILIQ" (DOSTLUĞUN PAYLAŞILDIĞI EŞQ)

Cütlüklərin bir-birinə çox yaxın hiss etdiyi, hörmət və sevgi çərçivəsində hər cür romantik və fikri paylaşmanın maneə törədilmədən yaşandığı, ancaq fiziki cazibədarlığın olmadığı eşqlər. Uzun illər evli qalıb heç münaqişə etməyə münasibətlər çox vaxt bu tip insanlarda görülür.

"BAĞLILIQ" VƏ "EHTİRAS" (ARZU DOLU EŞQ)

Birliyi və evliliyi uzun müddət davam etdirməkdən başqa təməl impulsun "" olduğu eşqlər. Yaxınlıq faktorunun olmaması bu tip əlaqələrdə ixtilafların və mübahisələrin diqqətdə olan olmasına gətirib çıxarır, çünki tərəflər ümumiyyətlə anlayışsız, eqoist ünsiyyət bacarıqlarından məhrum və səbirsiz olurlar.

"EHTİRAS", "YAXINLIQ" VƏ "BAĞLILIQ" (ƏSKİKSİZ EŞQ)

Hər üç ölçünün də tamam olduğu, ideal eşqlər. "Mükəmməl cütlük, ruh əkizi, həyatımın eşqi" və bənzər sözlərlə ifadə edilə bilən, ehtiras, yaxınlıq və bağlılığın olduğu sevgilərlə. Əskiksiz eşq, aşiqlərə gözəl bir münasibət təcrübəsi təqdim edir. Əskiksiz eşqi əldə etməyin çətin, ancaq davam etdirməyin daha da çətin olduğu bilinir. Əlaqəni canlı tutmaq üçün səy sərf etmək, fədakar olmaq, təsirli ünsiyyət təmin etmək, sürprizlərə açıq olmaq, cinsi baxımdan aktiv olmaq, hörmət və anlayışı hər şeydən üstün tutmaq lazımdır.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?
loading...