Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Sevgi Hekəyəsi

Bir Sevgi hakayəsi

Göz yaşları quruduqdan sonra Qız üz—gözünü silməyə başladı. Sevgilisi üçün hədiyyə almağa yalnz bir dollar səksən yeddi senti var idi. Bu pulu da neçə aya yığmışdı. Ancaq indi heç bir işə yaramırdı. Halbuki həyat yoldaşı üçün gözəl bir hədiyyə almaq istəyirdi. Güzgünün qarşısına keçdi gözləri par—par parıldayırdı. Ancaq rəngi solmuşdu. Saçlarını açıb çiyinlərinə tökdü. Evlərində iki qiymətli şey var idi. Biri sevgilisinin babasından qalan qızıl saat, o biri də çiyinlərinə tökülən saçları. Qız saçlarını arxasına atdı. Parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü

Bir az dayanıb saçlarına baxdı. Yanaqlarından iki damla göz yaşı axdı. Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı. Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında dayandı. Bir az baxdıqdan sonra içəri girdi. «Saçlarımı satıram. Nə qədər verərsiniz?» - deyə soruşdu. Yaşlı qadın qızın saçlarını əlləri ilə yoxladıqdan sonra «20 dollar»,- dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu. Özünü o qədər xoşbəxt hiss edirdi ki, saatların necə gəlib keçdiyindən də xəbər tutmurdu. Yoldaşına hədiyyə almaq üçün dükanları alt—üst etdi. Nəhayət istədiyini tapdı. Bu, saat zənciri idi. Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə getdi. Güzgüdə bir də saçlarına baxdı. Artıq o parlaq saçları yox idi. Görəsən onun xoşuna gələcəkdimi? Bəlkə də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra qapı döyüldü.

Qapıda yoldaşı idi.
İçəri girdi. Sevgilisini sınayıcı nəzərlərlə süzdü.
Sonra əlindəki hədiyyəni uzatdı. Qız bağlamanı açanda gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar idi. Gözlərindən iki damla yaş axdı. Ancaq tez özünü yığışdırdı. Şirin bir təbəssümlə hədiyyəsini ona uzatdı. Yoldaşı bağlamanı açanda saat zəncirini gördü. O hardan biləydi ki, artıq saat yoxdur? Daraqları almaq üçün o da saatını satmışdı. Ancaq heç biri məyus olmadı. Çünki əsas məsələ sevgi idi. Onu isə nə almaq, nə də satmaq olardı.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?
loading...