Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənc Bir Qız Ağır Xəstəliyi

Gənc bir qız ağır, sağalmaz xəstəliyin pəncəsində son günlərini yaşayırdı...Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi...Qızın həddən artıq varlı olan ailəsi bütün qəzetlərdə qızın qəlbini sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verə biləcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişmək lazım idi... Gənc qız isə xəstəxana otağında, getdikcə heyat çiçəyi solurdu... Yenə bu dörd divar arasında tək-tənha, gözü yaşlı, boynu bükük, ölümünü gözləyirdi... Gözlərini yummaqdan, bu kiçik otaqda yalnız, göz yaşı tökməkdən yorulmuşdu... Yenə də, əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadina, kasıb amma onu ölüncə sevə biləcək sevgilisi... Hər gün eyni şeyləri fikirləşib, xatirələri bir film kimi, gözləri önündə canlandırırdı. <> deyirdi, sevdiyi oğlan. Gənc qız da başqa bir şey istəmirdi...Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa, nə istəyə bilərdi ki? Amma qismət olmamışdı... Dünyalar qədər biri-birilərini sevən sevgililərin arasına, pul, var-dövlət girib, onları ayıra bilmişdi... Amma indi var- dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Bu son günlərdə sevdiyi oğlan yanında olsaydı, heç bu qədər əzab çəkib, ağlamazdı... Ayrıldıqları gündən artıq 5 il vaxt ötmüşdü. Amma hər gün həsrət çəkmiş, ürəyini heç kimlə bölmək istəməmişdi. Elə həmişə sevdiyini fikirləşirdi.. Görəsən nələr etmişdi, bu illər ərzində sevdiyi oğlan? Kim bilir, bəlkə də evlənmişdir.. Gözlərindən bir damla yaş daha damladı, qurumuş dodaqlarına... Əllərinə
baxdı... Bir zamanlar sevgilisi, onun əllərini tutub, ovcunda sıxardı... Hər gün əllərini sevdiyinin ovcunda düşünüb, saatlarla əllərinə baxardı.. Ən çox, saçlarının tökülməyi ona əzab verir, ağladırdı... Çünki, bir zamanlar o saçları sevdiyi oğlan tumarlayıb, öpmüşdü... Hər gün gözlərindən bir damla yaş axanda, qəlbinə sanki bir ox batırdı... Qəlbi yenə sızlamağa başladı, qızın... Belkə sevdiyi yanında olsaydı, qəlbi bu qədər yorulub, əlvida dəməzdi həyata... Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın,ölümdən nə fərqi var idi ki? Təkrar yenə sevdiyi düşdü yadına... <>dedi, gənc qız... Gözlərindən son dəfə öpsə, rahatca, əbədi yuma bilərdi, artıq... Yenə gözləri bulaq tək çağlamağa başladı... Sevdiyini son dəfə görmədən, ölmək istəmirdi... Az da olsa, sevdiyindən bir xatirə alıb, köçmək istəyirdi dünyadan... Amma sevdiyi kim bilir, kiminlə bərabər, harda idi? Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmiş, sevdiyinin həsrəti ilə yaşamışdı... Görəsən oğlan kimləsə bölmüşdürmü, qəlbini? Onun sevgisini silib atdımı görən, qəlbindən? Qızın qəlbi birdən nifrətlə doldu. Onu düşünəndə, hər dəqiqəsinin hüznlü keçməsi çətin gəlirdi, gənc qıza... Ölmək istədi. Artıq, yaşamaq istəmirdi bu haqsızlıq dünyasında... Amma sevdiyindən bir xatirə almamış, bu dünyadan köçməyəcəyinə and içmişdi, gənc qız... Kim bilir, bəlkə də sevdiyi onu unudub artıq...Təkrar gözlərini açdı...Dərin bir düşündü... Bu an birdən qızın atası içəri daxil oldu. Qızına ürəyini vermək istəyən bir könüllü tapıldığını dedi... Qız bu xəbərə heç sevinmədi. Gözləri artıq, yaşla dolmuşdu, qızın... Həmin gecə bir gənc, gözlərini əbədi olaraq yumdu... Qız isə uğurlu cərrahiyə əməliyyatı olundu... Əməliyyatdan bir həftə sonra qız sağaldı. Amma dünya başqa gəldi, gənc qıza... Sanki, nə isə əksik idi həyatından� .Aradan aylar keçmişdi. Gənc qız artıq tamam sağalmışdır... Amma içindəki həsrət, kövrəklik qurtara bilmirdi... Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən də çox ağrıyırdı... <>deyib, ürəyində danışırdı, gənc qız... Qəlbi yenidən sızlamağa başlamışdı, gənc qızın. Nəyə görəsə hər gecə bu sızıltılar qəfildən güclənir, bərk döyünür və yuxudan oyadırdı, gənc qızı... Gülləri çox sevirdi, gənc qız. Dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışır, dərdləşirdi... Bu güllərdən ən çox sevdiyi qızıl gül idi. Çünki o gül qızla ağlayıb, onunla gülürdü... Amma qız əhd etmişdi ki, bu gülü sevdiyinə hədiyyə edəcek... Ona görə bu gülü sevib, bəsləyirdi... Bir gün səhər, qapıları döyüldü, qızın. Qız açdı qapını, amma heç kim yox idi... Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı. Yavaşca əyilib, zərfi yerdən götürdü. Bu an qəlbi həyəcanla döyünməyə başladı. Nə olduğunu başa düşmürdü qız... Zərfin üzərində ad nə də ünvan yox idi. Qız zərfi açdı. Içindən ağ bir kağıza yazılmış məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı, qızın... Çünki sevdiyi oğlanın qoxusu vardı, bu məktubda... Başı gicəllənməyə başladı, qızın... Keçib divanda oturdu...Titrək əlləri ilə, ehmalca kağızı açdı və oxumağa başladı... Sevdiyi oğlan, məktubunda yazırdı... < sevginin sığmayacagını başa düşdüm... Səndən sonra nə birini sevdim, nə də birinə baxdım... Sadəcə, tək səni sevdim... Sənsiz günlərimin hər biri, o birindən daha çətin keçirdi... Hər gün daha çox darıxırdım... Sənə bir kitab şer yazdım... Hər gün yazdım, hər gün oxudum, illərcə ağladım... Hər gecə səhərə qədər səni düşündüm... Hər gecə sənin yanında olmağı arzu etdim və sənsizliyə lənət yağdırdım... Yuxunu haram etdim özümə� Sənsizliyin acığını gözlərimdən aldım, və... Bir gün hər şeyi dəyişdirə biləcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib, özümə haqsızlıq edə bilməzdim... Və bu fürsət məni,
səndən çox uzaqlara apardı... Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudam, dedim. Amma tam tərsi oldu� Səndən çox uzaqlardaydım... Uzaqlardan səni görməyə gəlirdim.Həm də hər gün, hər gecə gəlirdim... Gəlib sənə saatlarla baxırdım. Səni sevirəm deyib, əyilib hər gecə yanağından öpürdüm... Sən isə hər gecə gəldiyimi zənn edib, gözlərini açırdın... Amma məni yanında görməyib, təkrarən yuxuya gedirdin... Əzizim, sabah qarşılıqlı sevgimizin 6-cı ildönümüdür... Həmişə mən gəldim sənin
yanına... Hər dəfə qəlbin döyünərək ağrıyanda yanında olurdum... Sabah da sən gəl, qəbrim üstə, sevgilim...Gələndə qızıl gülü gətirməyi də yaddan çıxarma... Hə, bir də unutmamış deyim ki, sinəndə daşıdığın o ürək mənimdir... Qəlbimə yaxşı bax, çünki göz yaşlarımla, adını yazdım ora... Səni səndən çox sevən bir sevgi var, qəlbimin içində... Səni sevirəm, ruhlarımız qovuşuncaya qədər sevəcəm, sevgilim...>> � Bu sözləri oxuduqdan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi
oğlana aid olduğunu, cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı, cansız gəncin , öz ürəyini ona verən sevgilisi olduğunu anladı... Elə həmin anda qız huşunu itirib, ölüm yuxusuna qərq oldu... Amma ürəyi döyünməkdə davam edirdi... Aradan 20 il vaxt ötür... Ürəyi döyünsə də, qız hələ də ölüm yuxusunda xəstəxana otağında yatır... Kim bilir, bəlkə sonsuzadək belə yatacaq... Bu da kədərli bir hekayənin sonu... Bu hekayəni təqdim etməkdə məqsədim, sizləri kədərləndirmək deyil... Sadəcə ibrət götürsəniz, yetər... Sevmək gözəldirsə, sevdiyin şəxsi itirmək isə, əzab-əziyyət və dəhşətdir... Nə isə... Sevin, sevilin. Aldadıb, aldanmayın... Uğurlar sizə...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Sevgi varmı?
loading...